Səyyar "Asan Qatar" Qazaxda - VİDEO

Səyyar
Səyyar "Asan Qatar"ın növbəti dayanacağı Ağdaş rayonu olacaq

Ümumilikdə Qazaxda 9 dəfə Səyyar Asan xidmət vətəndaşlara xidmət göstərib.5 dəfə Gəncə səyyar Asan xidmət avtobusu,4 dəfə isə asan qatar vasitəsilə.Asan Qatar vasitəsilə Qazax şəhərində 18 minə yaxın vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi,Daxili İşlər Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar Asan xidmət təkcə Qazaxda deyil,eləcə də Biləcəri Şirvan,Şəmkir,Xaçmaz,Xirdalan,Lənkəran, Goranboy,Göyçay,Zaqatala, Biləsuvarda da vətəndaşlara xidmət göstərir və bu xidmət fevral ayının 29-a qədər davam edəcək.Vətəndaşlar isə səyyar xidmətlərin təşkilindən olduqca məmnundurlar.Belə ki,Qazax əhli həm az məsafə həm də az vaxt sərf etməklə işlərinin coxunu həll edə bildiklərini söylədiler.

Səyyar ASAN Xidmət layihəsi 2013-cü ildən etibarən həyata keçməyə başlayıb və ümümulikdə 2020-ci ilə qədər 2 milyon 130 minə yaxın,2020-ci ildən bu vaxta qədər isə 30 minə yaxın vətəndaş müraciəti daxil olub.Qeyd edək ki,Qazaxda fəaliyyət göstərən Səyyar ASAN qatarın növbəti dayanacağı Ağdaş rayonunun Ləki qəsəbəsidir.Mart ayının 4-dən 18-dək Səyyar ASAN qatar vətəndaşlara xidmət göstərəcək.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər