"AVRO-2020"də KOB üçün perspektiv - VİDEO

Bakıda təşkil olunacaq "Fan Zona"da KOB-un məhsulları satılacaq

Avro-2020-nin Bakıda keçiriləcək oyunları kiçik və orta sahibkarlıq subyektləri üçün perspektiv imkanlar yaradacaq. Belə ki, kiçik və orta biznes subyektlərinə dəstək məqsədilə Avro-2020-nin Bakıda təşkil olunacaq “Fan Zona”sında və stadionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışı təşkil olunacaq.

Bu məqsədlə Fevralın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı, 150-yə yaxın kiçik və orta biznes subyektinin iştirakı ilə təşkil olunmuş “Avro-2020: kiçik və orta biznes subyektləri üçün perspektivlər” mövzusunda tədbirdə Avropa çempionatı-2020 kimi nüfuzlu tədbirlərdən kiçik və orta biznes subyektlərinin faydalanması, satış imkanlarını genişləndirməsi barədə məlumat verilib.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın ev sahibliyi edəcəyi Avro-2020 oyunlarının ölkəmizdə idmanın, xüsusilə futbolun inkişafına öz töhfəsini verməklə yanaşı, kiçik və orta biznes subyektlərinin məhsullarının satışına da əlverişli imkan yaradacağını qeyd edib.

AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov Avro-2020 çərçivəsində Bakıda keçiriləcək oyunlar barədə məlumat verib, oyunların ölkəmizdə keçirilməsinin idmanla yanaşı, turizm və sahibkarlığın inkişafı üçün də əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Sonra KOBİA və AFFA arasında Avro-2020 çərçivəsində ölkəmizdə keçiriləcək oyunlar zamanı KOB-lara dəstəyə dair Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov imzalayıblar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər