İranda iki nəfər koronavirusdan öldü, YENİLƏNİB

İranda iki nəfər koronavirusdan öldü, YENİLƏNİB

İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin öldüyü açıqlanıb. 

Qum şəhər sakinlərinə yaxın təmasdan uzaq durmaq və gigiyena qaydalarına əməl etmək məsləhət görülüb.

 

***

15:24

İranın Səhiyyə Nazirliyi Qum şəhərində iki nəfərin koronavirusa yoluxduğunu açıqlayıb.

Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

"Bu fakt hələlik ilkin təhlilin nəticəsidir. Göndərilən nümunələrin ilkin təhlili aparıldı. Hər iki halda müsbət nəticə oldu. Dəqiqliyini yoxlamaq üçün əlavə sınaqlar da olacaq”, - İran Səhiyyə Nazirliyinin nümayəndəsi söyləyib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər