MİDA-nın Hövsan layihəsi - VİDEO

MİDA-nın Hövsan layihəsi - VİDEO
İnşası başa çatan kompleksdəki sosial mənzillər tezliklə satışa çıxarılacaq

Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsində inşa edilən 7 mərtəbəli yaşayış kompleksində işlər tam olaraq yekunlaşıb.

Təməli 2017-ci ildə qoyulan kompleksin nəzdində 7 ədəd 7 mərtəbəli və 4 ədəd 10 mərtəbəli yaşayış binası yerləşir. Binalarda ümumilikdə 1,2,3, və 4 otaqli olmaqla 2962 mənzil var.

Mənzillərin hər birində Dövlət Agentliyi tərəfindən rabitə, internet və televiziya xəttləri də çəkilib.

Kompleks ərazisində yaşayacaq vətəndaşların rahatlığını təmin etmək üçün burada hər biri 90 yerlik olmaqla iki uşaq bağçası,1920 şagird tutumu olan orta təhsil məktəbi və və tibb müəssisələri də tikilib

Kompleks ərazisində avtomobil dayanacağı da var.

Bundan əlavə ərazinin təhlükəsizliyi baxımından burada mühafizə xidməti də fəaliyyət göstərəcək. Artıq indidən müşahidə kameraları da quraşdırılıb. Kompleksdəki mənzillərin yaxın günlərdə satışa çıxarılacağı gözlənilir.

Digər xəbərlər
Bu gün
Dünən