Paytaxtın parkinq problemi - VİDEO

Paytaxtın parkinq problemi - VİDEO
Məsələ Prezidentin xüsusi nəzarətindədir

Bakıda bir sıra yollarda hərəkətin iflic vəziyyətinə düşməsinin bir neçə səbəbi var. Onlardan biri də bəzi ərazilərdə yolların kənarında dayanma-durma işarəsi quraşdırılsa da yol kənarlarında avtomobillərin qeyri-qanuni parklanmasıdır. Bu da qeyd etdiyimiz kimi paytaxt yollarında avtomobillərin hərəkətini çətinləşdirir və tıxaclara səbəb olur.

Avtomobillərin çoxalması, nəqliyyatın hərəkətinin iflic vəziyyətə düşməsi və bu kimi digər problemlərin yaranmasının əsas səbəblərindən biri və ən əsası parklanma yerlərinin azlığıdır. Qanunsuz parklanma edən sürücülərin əksəriyyət ilə söhbətimizdən də bəlli oldu ki, əslində onlar bu minvalla paytaxt küçələrində nəqliyyatın hərəkətinə maneə yaratdıqlarının fərqindədirlər.Lakin başqa seçimləri yoxdur.

Paytaxtda avtomobillərin parkinqi il bağlı problemi Prezident İlham Əliyev fevralın 18-də Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən də bildirdi .Ölkə başçısı şəhər nəqliyyatının normal tənzimlənməsi üçün xüsusi parkinq yerlərinin açılması tapşırığını verdi.

Qeyd edək ki, mərkəzi ünvanlarda eləcə də əhalinin sıx məskunlaşdığı ərazilərdə modul parkinqlər tikilməsi ilə qanunsuz parklanma edən sürücülər cərimələrdən, paytaxt yolları isə tıxaclardan qurtulmuş olacaq.

Digər xəbərlər
Bu gün
Dünən