30 saylı Seçki Dairəsinin 5 məntəqəsində nəticələr ləğv edildi - YENİLƏNİB

30 saylı Seçki Dairəsinin 5 məntəqəsində nəticələr ləğv edildi - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsi qərar qəbul olunandan sonra yenidən deputatlığa namizəd Samirə Rəfullayevanın təqdim etdiyi videogörüntülərə baxılıb.

APA-nın məlumatına görə, videogörüntülərə baxıldıqdan sonra 1 saylı seçki məntəqəsində də səsvermənin nəticələrinin etibarsız sayılması səs qoyulub, bu məntəqədə də səsvermənin nəticələrinin ləğv edilməsinə qərar verilib.

***

16:28

Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, seçki məntəqələrinin bəzilərində qanun pozuntularını təsdiq edən videgörüntülər var.

"Sosial şəbəkələrdə yayılan videogörüntülər də araşdırılıb. Mənfi hallarla yanaşı, məntəqə seçki komissiyalarının müsbət fəaliyyətini də müşahidə etmişik. 12, 14, 16 və 18 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlinib”, deyə Mərkəzi Seçki Komissiyasının üzvü məlumat verib.

MSK şikayəti müzakirə etdikdən sonra qismən təmin edilməsinə qərar verib. Qərara əsasən 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər