Türkiyədə bir nəfər koronavirus şübhəsi ilə müşahidə altına alınıb

Türkiyədə bir nəfər koronavirus şübhəsi ilə müşahidə altına alınıb

Türkiyənin Rizə vilayətində Taylanddan qayıdan şəxs koronavirus şübhəsi ilə müşahidə altına alınıb.

Adı açıqlanmayan şəxs yüksək hərarət səbəbi ilə Rizə Dövlət Xəstəxanasına müraciət edib.

Xəstə koronavirus şübhəsi ilə müşahidə altına alınıb.

Xəstədən götürülən qan nümunələri Trabzon Kaşüstü Qanuni Təhsil və Araşdırma Xəstəxanasına göndərilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər