Şahmatçımız Praqada beynəlxalq festivalda heç-heçə edib

Şahmatçımız Praqada beynəlxalq festivalda heç-heçə edib

Fevralın 19-da Çexiyanın paytaxtı Praqada təşkil olunan şahmat festivalında yeddinci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abbasov növbəti turda Hannes Stefansson ilə qarşılaşıb. Şahmatçımızın yarışın lideri olan islandiyalı ilə görüşü “sülh”lə başa çatıb. Qeyd edək ki, N.Abbasov ötən turda rusiyalı şahmatçı Andrey Yesipenko üzərində qələbə qazanmışdı.

Ötən turların nəticələrinə görə, şahmatçımızın aktivində 4 xal var.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər