MSK müraciətlərə baxır - VİDEO

MSK müraciətlərə baxır - VİDEO
Bəzi müraciətlər araşdırılması üçün DSK-ya göndərilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxıldı.

İclasda 38 saylı Nizami İkinci (Gəncə) , 97 saylı Goranboy-Ağdam-Tərtər 51 saylı Qusar və 108 saylı Ağstafa, 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsindən daxil olan müraciətlərə baxılıdı və müzakirələr nəticəsində müraciətlərin araşdırılması üçün DSK-ya göndərilməsinə qərar verildi.


30 saylı Suraxanı Birinci Seçki Dairəsindən daxil şikayə baxıldı.

12, 14, 16, 18 və 1 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticəsinin etibarsız sayılması qənaətinə gəlindi”.

47 saylı Mingəçevir Seçki Dairəsindən daxil olan şikayətinə baxıldı .


MSK müraciəti müzakirəyə çıxardı və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edildi. Qərarda 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayıldı .

Həmçinin iclasda 90 saylı Ağdaş Seçki Dairəsindən daxil olan şikayətinə baxıldı və 6 və 7 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul edildi.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər