Qəzzada məhdudiyyətlərin ləğvi - VİDEO

Qəzzada məhdudiyyətlərin ləğvi - VİDEO
İsrail höküməti təxminən 2000 sakinin ölkəyə girişinə icazə verib

İsrail son bir neçə gün sərhəd ərazilərində nisbi sakitliyə görə Qəzza sektorunun vətəndaşlarına qarşı bəzi fövqəladə tədbirlərin tətbiqindən imtina edib.

Bu barədə ölkənin Müdаfiə Nаzirliyinin Mətbuat mərkəzi məlumat yayıb.

Sanksiya tədbirlərinin dayandırılması haqqında qərar sərhəd sektorlarında raket atəşlərinin dayandırılmasından sonra İsrail hakimiyyəti tərəfindən qəbul edilib.

İSRAİL hökuməti Qəzzanın təxminən 2 min sakininin ölkəyə girişinə icazə verib.

İsrail ordusunun general-mayoru Kamil Abu-Rukunun sözlərinə görə, bu gündən balıqçılıq zonası 15 dəniz milinə qədər genişləndiriləcək.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər