Almaniyada silahlı basqın: 11 ölü, 5 yaralı - YENİLƏNİB

Almaniyada silahlı basqın: 11 ölü, 5 yaralı - YENİLƏNİB

Almaniyanın Hanau şəhərində silahlı basqın nəticəsində ölənlərin sayı artıb.

İki kafeyə açılan atəş nəticəsində 11 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Ölənlərin arasında 3 türkün olduğu bildirilir.

Yaralılar təcili yardım maşınları və helikopterlə xəstəxanalara çatdırılıb. Hadisənin terrorla bağlı olub-olmaması araşdırılır.

 

***

10:18

Almaniyanın Hanau şəhərində silahlı basqın olub.

REAL-ın Avropa bürosu xəbər verir ki, kafelərdən birinə açılan atəş nəticəsində 9 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

3 nəfəri öldürən şəxs digər bir kafeyə gedərək orada da 5 nəfərə atəş açıb.

Alman polisi gecə hadisəni törədən şəxsin Hanaudakı evində meyitini tapıb.

Silahlı basqının səbəbi və əslində hədəfin kim olduğu hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər