Metroda sərnişinlər pulsuz keçdi

Metroda sərnişinlər pulsuz keçdi
Problem qısa müddət ərzində aradan qaldırılıb

Bu gün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov REAL-a açıqlamasında faktı təsdiq edib.

Onun sözlərinə görə problem qısa müddət ərzində yaşanıb, artıq aradan qaldırılıb: "Səbəb araşdırılır. Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib".

Digər xəbərlər
Bu gün
Dünən