Ödənilən vəsaitin bir hissəsi karta qayıdacaq - Tibbi Sığortanın üstünlükləri

Ödənilən vəsaitin bir hissəsi karta qayıdacaq - Tibbi Sığortanın üstünlükləri
Yanvarda 242 nəfər həyati-vacib əməliyyatdan yararlanıb

"Növbəti mərhələ olaraq bütün bazalar inteqrasiya olunaraq ümumi elektron sistem yaradılacaq. İcbari Tibbi Sığortanın 11 filialı nəzərdə tutulub". 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev hesabat çıxışında bildirib.

"Hal-hazırda şimal bölgəsində İcbari Tibbi Sığorta tətbiq olunduğuna görə yeni əməkhaqqı qaydaları tətbiq olunur. Vahid tarif cədvəli üzrə əməkhaqqları ödənilib. Bonuslar hesablanma dövründədir. Yaxın zamanlarda ödəniləcək. İstər özəl, istər digər ölkələrdə tətbiq olunan siğorta olsun burada xəstəxanalar reyestr sahəsində əməkhaqlarını hesablayır və kartlara köçürülür. Vətəndaş kartla ödəniş etməlidir. Vətəndaşın kartı yoxdursa bizim kartları əldə edə bilərlər. Bu Beynəlxalq Bank tərəfindən verilir. Xəstəxanalardan bu kartların əldə edilməsi üçün bütün xəstəxanalarda bunun üçün şərait yaradılır. Kartı cəlbedici etmək üçün aptek şəbəkəsi ilə danışıqlar aparılır. Onlara endirim olacaq, ödənilən vəsaitin bir hissəsi karta qayıdacaq. Vətəndaşlarımız bu yeniliklərdən yararlana bilərlər". 

Sığorta olunanların Tibbi Kabineti

"Bütün tibbi müsəssislərində elektron sistem qurulub. Onlara şəxsi kabinet yaradılıb. Bütün analizlər, diaqnostik rentgen, onların rəyləri vətəndaşın şəxsi kabinetinə yerləşdirilir. Bunun üçün qeydiyyatdan keçmək lazımdır. Bütün məlumatları kabinet vasitəsilə əldə etmək olacaq. Oradan həkimə randevu etmək, məlumatları hansı həkimin görməsi-görməməsi üçün şərait yaradılacaq. Telefonlarda proqram təminatı yaradılacaq. Bunun vasitəsilə məlumat almaq mümkün olacaq. Mediya nümayəndələrinə xaiş çatdırmaq istəyirik ki, istər tibbi personal, istərsə vətəndaşlarımımz olsun, çalışacağıq ki, bu xidmətlər əlçatan olsun. Onlar bu xidmətlərdın yararlansınlar. Xüsusilə şimal bölgəsində başlayarkən vətəndaşlara deyilibki , aprelin 1-nə kmimi olan layihədir. Bu yeni sistemdir. Davamlı olaraq tətbiq olunacaq. Problemlər var. Tibb məntəqələri var ki, kəndlərdə yerləşir, avadanlıq çatışmazlıqları var. Zamanla bütün bunlar daha səliqəli halda vətəndaşlara təqdin olunacaq". 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər