Bu xəstəxanalarda tibb fakültələri açılacaq

Bu xəstəxanalarda tibb fakültələri açılacaq

"Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün təkliflər layihəsi hazırlanır və sənəd hökumətə təqdim olunacaq". 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.

"Bununla bağlı təhlillər aparılır. Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır. Düşünürük ki, həkimləri rayonlara ezam edək. Bununla da regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldıraq. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Həmin tələbələrlə danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil. Bizim səlahiyyətimiz məhduddur. Yerlərdə həkim kadr çatışmazlığı var, avadanlıqlar yetəri səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə və müayinə aparmaqda çətinlik çəkirlər".

REAL

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər