Agentlik sədri: Həmin şəxs vəzifəsindən uzaqlaşdırıla bilər

Agentlik sədri: Həmin şəxs vəzifəsindən uzaqlaşdırıla bilər

"Əgər tibb müəssisəsində ölüm faktı baş verirsə, bu, dərhal aidiyyəti qurum tərəfindən araşdırmaya götürülür. Ölüm faktına görə həkim və tibbi personalın günahı sübuta yetirilərsə onlar tutduqları vəzifədən kənarlaşdırılırlar".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Eliyev keçirilən mətbuat konfransında deyib. 

"Bu həm də qeydə alınan ölüm faktının ağırlıq dərəcəsindən asılıdır. Bu halda həmin şəxs tutduğu vəzifəsindən uzaqlaşdırıla bilər. Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlara təqdim edilir. Artıq məhkəmə-tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komisiyyaları məsələyə müdaxilə edir. Araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir. Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Ola bilər ki, nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəza və ya müəyyən məbləğdə cərimə ödəmə məsuliyyətinə cəlb olunsun. Agentliyin işi bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdir", deyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri bildirib.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər