Gömrük Komitəsi: İranda koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər həyata keçirilir

Gömrük Komitəsi: İranda koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər həyata keçirilir

“İranda aşkarlanan koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər yüksək səviyyədə həyata keçirilir”. 

Bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib. 

İdarə rəisi qeyd edib ki, koronavirus təhlükəsi yaranandan bütün sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi tətbiq olunur, profilaktik tədbirlər görülür: “Hazırda nəinki İranla sərhəddə, ümumiyyətlə bütün sərhəd-keçid məntəqələrində avtomobillər dezinfeksiya olunur, termovizorlar vasitəsilə insanların hərarəti ölçülür. Şübhəli vəziyyət olanda həmin şəxslər aidiyyəti üzrə təhvil verilirlər”. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər