Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uçot dərəcəsini gözlənildiyi kimi 0,25 faiz artıraraq 1,75-dən 2-yə yüksəldib. Bu, il ərzində ikinci faiz artımı olub.
FED-in qərarının Azərbaycan manatına təsiri ilə bağlı suala Mərkəzi Bankın sədri Elman Rüstəmov cavab verib.
Baş bankirin sözlərinə görə, FED-in uçot dərəcəsini artırması Azərbaycan bazarına birbaşa təsir etmir.
İqtisadçi ekspertlərin də fikrincə FED-in uçot dərəcəsini artırması Azərbaycan manatı üçün təhlükə ehtiva etmir. Çünki Dövlət Neft Fondunda kifayət qədər vəsait var.