Orta məktəblər 5 gün bağlı olacaq. Yanvarın 27-dən 31-dək məktəblilərin qış tətili başlayır. Təhsil Nazirliyindən Real TV-yə verilən məlumata görə, dərslər fevralın 1-dən başlayacaq.
2017-2018-ci tədris ili üçün aşağıdakı tətillər müəyyən edilib:
– 5 gün payız tətili (16-20 noyabr);
– 5 gün qış tətili (27-31 yanvar).
– İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.
Tətillərdən başqa məktəblilər, Novruz bayramı günlərində də 7 gün istirahət edəcəklər.
Afət