İtaliya mədəniyyətinin təbliği - VİDEO

İtaliya mədəniyyətinin təbliği - VİDEO
ADAOBT-un səhnəsində İtaliya bəstəkarlarının əsərləri nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının repertuarında İtalya operalarının özünəməxsus yeri var. Demək olar ki, teatrda hər ay dahi İtalyan klassiklərinin məşhur əsərləri ifa olunur .Bununla yanaşı, teatr həm İtaliya səfirliyi, həm də İtalyanın müxtəlif teatrları ilə sıx əməkdaşıq edir.Hətta hər il İtaliyadan tanınmış vokalçılar və dirijorlar teatrın dəvəti ilə Azərbaycana gəlib, burada, Akademik Opera Balet Teatrının səhnəsində öz əsərlərini nümayiş etdirirlər.

2003-cü ildən teatrın repertuarında olan dahi italyan bəstəkar Cakomo Puçinin "Bagema" operasının məşqləri gedir. Bu tamaşa 22 fevralda tamaşaçıların görüşünə gələcək.Onu da qeyd edək ki, bu tamaşada azərbaycanlı vokalçlarla yanaşı Ukrayna və Belarusiydan dəvət almış vokalçılar da iştirak edirlər


Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, səhnə tərtibatçısı xalq rəssamı Rafiz İsmayılovdur.Səhnə əsərində roları Xalq artisti Əkrəm Poladov, əməkdar artistlər Tural Ağasiyev, İnara Babayeva , aktyorlar Mahir Tağızadə, Ukrayna opera və balet teatrının solisti beynəlxalaq müsabiqələr laureatı Eduard Martunyuk və digərləri ifa edəcəklər.Tamaşanın dirijoru xalq artisti Yalçın Adıgözəlovdur.Bundan başqa onu da qeyd edək ki, martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İtalyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operası nümayiş olunacaq.

 

Digər xəbərlər
Bu gün
Dünən