Avropa Liqasında həftənin futbolçusu adına namizədlər açıqlandı

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər açıqlandı

UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin ilk oyunlarından sonra iddialılar sırasına 4 oyunçu daxil edilib.

Bunlar İngiltərə "Vulverhempton"unun hücumçusu Dioqu Jota, Almaniya "Ayntraxt"ının (Frankfurt) yarımmüdafiəçisi Daiçi Kamada, Portuqaliya "Sportinq"inin forvardı Lusiano Vyetto və Şotlandiyanın "Reyncers" komandasının yarımmüdafiəçi Yanis Hacidir.

Jota evdə İspaniya "Espanyol"unu 4:0 hesabı ilə məğlub etdikləri görüşdə het-trik edib. Kamada da Zaltsburq"a (Avstriya) qalib gəldikləri (4:1) matçda rəqib qapısına üç qol vurub. 

Haci Portuqaliya "Braqa"sını üstələdikləri (3:2) oyunda iki qola imza atıb, Vyetto isə Türkiyə təmsilçisi "Başakşehir"i məğlub etdikləri (3:1) matçda fərqlənib.

Səsvermə UEFA-nın rəsmi saytı vasitəsilə aparılır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən