Dağ rayonunda ASAN xidmət modeli - VİDEO, YENİLƏNİB

Dağ rayonunda ASAN xidmət modeli - VİDEO, YENİLƏNİB
Gədəbəy Operativ Xidmət Mərkəzində 41 sahə üzrə xidmət göstərilir

Prezident İlham Əliyevin son illərdə daha geniş miqyas alan islahatları nəticəsində idarəçilik aparatında fəaliyyət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə tədbirlər çərçivəsində Gədəbəydə Operativ Xidmət Mərkəzi istifadəyə verilib. Bu təsisat yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq məhz Gədəbəydə yaradılıb.

Prezident İlham Əliyevin müəllifi olduğu və Azərbaycanın milli brendinə çevrilən "ASAN xidmət”in iş metodlarının, fəaliyyət üslubunun tədricən tətbiq olunduğu və meyar kimi qəbul edildiyi Operativ Xidmət Mərkəzinin ən mühüm məram və məqsədi rayon icra hakimiyyətinin səlahiyyətlərinə şamil olunan xidmətin və fəaliyyətin optimallaşdırılmasını, effektivliyini təmin etmək, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olmaqdır.

Operativ Xidmət Mərkəzinin fəaliyyətini təmin etmək məqsədilə rayon icra hakimiyyəti yaxınlığında yeni bina inşa olunub. Bütün zəruri maddi-texniki təchizatla, avdanlıqla təmin olunan bina 625 kvadratmetr sahəyə malikdir. Burada məlumat masası, server otağı, böyük monitor, ATS, 8 nəfərlik "dəyirmi masa”, növbəliliyi təyin edən terminal, ödəmələrin həyata keçirilməsi üçün ödəmə aparatı, 9 bilgisayar dəsti mövcuddur. Vətəndaşların rahatlığını təmin edən gözləmə zalında 36 kreslo dəsti yerləşdirirlib. Görmə əngəlli vətəndaşlar üçün isə xüsusi hərəkət zolaqları yaradılıb.

Operativ Xidmət Mərkəzi həftənin iş günləri saat 09:00-18:00-dək vətəndaşlara fasiləsiz xidmət göstərir.

***

10:37

Gədəbəy Rayon İcra Hakimiyyətinin İnzibati binasında Operativ Xidmət Mərkəzi yeni məkanda fəaliyyətə başlayıb.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Operativ Xidmət Mərkəzi barədə məlumat verib.

Gədəbəyə ən yaxın ASAN xidmət mərkəzi Tovuz rayonundadır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər