AQTA: Dondurulan, aşağı temperaturda saxlanılan məhsul risk qrupuna daxildir

AQTA: Dondurulan, aşağı temperaturda saxlanılan məhsul risk qrupuna daxildir

"Çindən daxil olan yüklər epidemiya yayılmamışdan əvvəl gətirilən məhsullar olub. Həmin məhsullar ölkəyə buraxılsa da labarator diaqnostikaya göndərildi"

Bunu AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev "Real İntervyu"da deyib.

"Dünyada baş verən tətqiqat müəyyən etdi ki, termik emaldan keçərək qablaşdırılan məhsullar daha az risk qrupuna daxildir. Dondurulan, aşağı temperaturda saxlanılan məhsul risk qrupuna daxildir. Vəziyyət tam nəzarətdədir. İndiyə kimi koronavirusun şübhəli olması faktı qeydə alınmayıb. Ümumdünya Heyvan Sağlamlıq Təşkilatına müraciətimiz olub. İdxal olunan məhsullar nəzarətə götürülüb. 2018-ci ildən İrandan quş məhsulları idxal olunmur. Amma akvarium balıq, diri balıq, süd məhsulları idxal olunur. Bunlar risk  xarakteri dayışır. Məhsulun necə qablaşması, daşınması, qarşı tərəfin məhsul qurumları tərəfindən məhsul  hansı formada labarator nəzarətdədir bütün bunlar arşadırılır. Bundan sonra bizim labarator nəticəyə görə dövriyəyə imkan veriləcək".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər