Erməni yalanının növbəti sübutu - VİDEO

Erməni yalanının növbəti sübutu - VİDEO
Hərbi jurnalist 1992-1993-cü illərdə baş verən reallıqlardan danışır

İlham Ələkbərov Xocalı faciəsi zamanı Şuşada jurnalist və hərbi operator kimi fəaliyyət göstərib. O günlərin mənzərəsini xatırlayanda danışmağa çətinik çəkirdi. O dövrün real hadisələrini kamerasının yaddaşına köçürən İlham müəllim çox dəhşətlərin şahidi olub.

Bütün bu faktlara baxmayaq Ermənistanın baş baziri Nikol Paşinyan Münhen Təhlükəsizlik konfransının panel müzakirəsində yalan danışaraq bildirib ki, Xocalı soyqırımını ermənilər törətməyib. Bu kadrlar isə erməni yalanının növbəti sübutudur.

Xocalı faciəsi 1992-ci məhz Ermənilərin törətdiyi cinayət əməlidir.

Şahidi olduğu o hadisələri xatırlamaq bu gün çox çətindi İlham müəllimə. Deyir ki, Mənfur ermənilərin törətdiyi hadisələri saymaqla bitirmək olmaz.

1992-1993-cü illərə aid heç yerdə yayımlanmayan bu nadir videokadrları izlədikcə erməni vəhşiliyinin bir daha şahidi olursan. Tarix hər zaman faktlara əsaslanır. Fakt isə göz qabağındadır.

Digər xəbərlər
Bu gün
Dünən