Bir neçə məntəqə ləğv edildi - VİDEO

Bir neçə məntəqə ləğv edildi - VİDEO
Bəzi müraciətlər əssasız sayıldı

MSK daha 4 məntəqədə səsvermənin nəticələrini etibarsız saydı. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 81 saylı Beyləqan Seçki Dairəsindən müraciət və şikayətlərə baxıldı.

MSK 81 saylı Beyləqan Seçki Dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul etdi.

9 saylı Binəqədi İkinci Seçki Dairəsindən daxil olan müraciətə baxıldı.

20 saylı seçki məntəqəsində keçirilən səsvermə seçicilərin iradəsini əks etdirmədiyindən həmin məntəqədə səsvermənin nəticəsini ləğv edildi.

22 saylı Nəsimi İkinci Seçki Dairəsindən 1, 11, 20, 24 saylı seçki məntəqələrində keçirilən səsvermə seçicilərin iradəsini əks etdirmədiyindən həmin məntəqələr də səsvermənin nəticəsini etibarsız hesab edildi.

25 saylı Nizami İkinci Seçki Dairəsindən daxil olan müraciəti MSK müraciəti müzakirəyə çıxardı və 26 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edildi.

Mərkəzi Seçki Komissiyasının iclasında 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən daxil olan müraciətə baxılıb.

MSK müraciəti müzakirəyə çıxardı və təmin edilmədi.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər