İranda parlament seçkiləri başa çatıb

İranda parlament seçkiləri başa çatıb

İranda seçki məntəqələri bağlanıb və parlament seçkiləri başa çatıb.

“Report” xəbər verir ki, parlament seçkiləri ötən gün yerli vaxtla saat 8:00-də (Bakı vaxtı ilə saat 8:30-da) başlayıb. Səsvermələr saat 18:00-da (Bakı vaxtı ilə saat 18:30) qurtarmalı idi. Lakin bir sıra məntəqələrdə səsvermələrin müddəti artırılıb. Hakimiyyət orqanları bildirib ki, bu, seçicilərin sayının çoxluğu ilə əlaqədardır.

Səsvermə Bakı vaxtı ilə saat 00:30-da başa çatıb. Seçkilərin keçirilməsi üzrə qərargahın rəsmi nümayəndəsi İsmayıl Musavi səsvermələrin başa çatdığını bildirib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən