Yol işçilərinin peşə bayramı - VİDEO

Yol işçilərinin peşə bayramı - VİDEO
AAYDA: "Son 5 il ərzində 6 min km yol salınıb və yenidən qurulub"

Əvvəllər Azərbaycanda cəmi 120 km-ə yaxın birinci dərəcəli yol olub. Bu gün isə 1000 km-ə yaxın birinci dərəcəli avtomobil yolu vətəndaşların istifadəsindədir. 36 respublika əhəmiyyətli o cümlədən Bakı şəhərinin rayon və qəsəbələrində 12 yolun təmirinə və yenidən qurulmasına sərmayə qoyulub. Bunu AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirdi.

Peşə bayramı çərçivəsində AAYDA-nın kollektivi fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, daha sonra şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Peşə bayramı tədbiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasının akt zalında davam etdirilib.

Tədbirin açılışında AAYDA-nın idarə heyətinin sədri bildirdi ki, təkcə 2019-ci ildə uzunluğu 1376 km olan 54 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. 2020-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və ümumilikdə 50-dən artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub. Bundan başqa vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq məqsədi ilə son 5 il ərzində ümumi uzunluğu 6 min km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Sonda avtomobil yolları infrastrukturunun inkişafı istiqamətində aparılan işlərin ictimaiyyətə dəqiq və dolğun çatdırılmasına görə, bir sıra media qurumlarına, həmçinin avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə, agentliyin bəzi əməkdaşlarına fəxri diplom, fəxri fərman və mükafatlar təqdim olunub.

Qeyd edək ki, AAYDA Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Yarandığı dövrdən agentlik respublikanın bir sıra şəhər və rayonlarında avtomobil yollarının infrastrukturunun yenilənməsi və əsaslı təmir olunması, habelə körpülərin, tunellərin və digər yol qurğularının lahiyələndirilməsi, tikilməsi, istismarı və digər işlər həyata keçirib.

Digər xəbərlər
Bu gün
Dünən