Yeni qaz sayğacları - VİDEO

Yeni qaz sayğacları - VİDEO
"Azəriqaz" müdaxilələri minimuma endirəcək yeni sayğacları təqdim edib

“Azəriqaz” İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutuları təqdim edib. Qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək. Yeni sayğaclar xarici təsirlərə - xüsusən də zərbələrə davamlıdır. Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Qutu ayrılıqda 2 yerdən möhürlənəcək. Abonent ilə Birlik arasındakı yersiz mübahisələr, ittihamlara əsas qalmayacaq.

Qeyd edək ki, abonent mexaniki sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya bilər, elektron sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkündür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər