“Yaddaşın əlifbası” (VİDEO)

“Yaddaşın əlifbası” (VİDEO)
Heydər Əliyev Mərkəzində A.Güneştekinin əsərləri sərgilənir

2019-cu il oktyabrın 1-dən etibarən Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin “Yaddaşın əlifbası” adlı fərdi sərgisi açılıb.

Ahmet Güneştekin bir çox məşhur əsərlərin müəllifidir.Keçmişin özəyini təşkil edən şah əsərlərindən biri olan "Üzləşmə",sosial və psixoloji prosesleri araşdıran "Yaddaşın Gücü" adlı multimedia əsəri və s.

Sərgidə gözə çarpan əsərlərdən biri də Heydər Əliyevin xatirəsinə həsr olunmuş əsərdir. Ahmet Güneştekinin dahi şəxsiyyət Heydər Əliyevə heyranlığı və hörmətinin nəticəsi kimi ərsəyə gələn əsər qarışıq texnikada işlənib.Vizual elementləri əks etdirən iki tərəfli panellərdən qurulan bu əsərin səthi simvol və güzgülərlə sxematik siluetləri təsvir edən şaquli incə oyma plitələrdən ibarətdir.

“Gilqameş dastanı” və “Nuh tufanı” əfsanəsi onun əsas ilham mənbələri olub. Böyük əks-səda doğuran əsər ilk dəfə 2018-ci ildə nümayiş etdirilib. Rəssam “Ölümsüzlük otağı” üzərində müxtəlif peşəyə sahib 130 nəfərlə birgə çalışıb. Əsər 22 min metal kəllə və buynuz hissədən ibarətdir. Onun hazırlanmasında 35 ton alüminiumdan istifadə olunub.

Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunur.

Sərgi martın 31-dək davam edəcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər