Avtomobil “TİR”la toqquşdu: 1 ölü, 4 yaralı - YENİLƏNİB

Avtomobil “TİR”la toqquşdu: 1 ölü, 4 yaralı - YENİLƏNİB

Ucarda yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində ölən şəxsin Gürcüstan vətəndaşı Qərəkməzli Namiq Vahid oğlu olması müəyyən edilib.

Xəsarət alanlar isə Bakı şəhər sakinləri – sürücü, Eldar Tofiq oğlu Qarayev, Sahib Eldar oğlu Qarayev, Fatimə Sabir qızı Qarayeva və Kamalə Sabir qızı Əliyevadır. 

REAL

***

 

Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində yol qəzası baş verib.  

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili "Volvo" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər