Azərbaycan əsas regional tərəfdaşdır - VİDEO

Azərbaycan əsas regional tərəfdaşdır - VİDEO
Azərbaycan-İtaliya münasibətləri

"Azərbaycanla İtaliya arasında çox isti münasibətlər, sıx tərəfdaşlıq və əməkdaşlıq münasibətləri var. Prezident İtaliyaya beş dəfə müxtəlif səviyyəli səfərlər həyata keçirib. Amma bu ilk dövlət səfəridir".

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyir.

O, dövlət səfərinin özünəməxsus statusu və çox vacib atributu olduğunu bildirib:

Azərbaycanla İtaliya arasında 28 sənəd imzalandı. Prezidentlər iki ölkə arasındakı münasibəti strateji münasibət kimi qiymətləndirdi. Hikmət Hacıyev Prezidentin dövlət səfərinin mahiyyəti ilə imzalanan sənəd arasında bir bağlılığın olduğunu deyir. Yəni dövlət səfərinin gerçəkləşməsi münasibətlərin yeni keyfiyyət müstəvisinə yüksəlməsini özündə ehtiva edir.

İmzalanan sənədlər arasında yer alan çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamə müstəsna əhəmiyyət daşıyır. Sənədin preambula hissəsində Azərbaycan Respublikası ilə İtaliya Respublikası bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına dəstəklərini ifadə edirlər. Həmçinin də dövlətlərarası münasibətlərdə təcavüz aktının qəbuledilməzliyini bir daha vurğulayırlar. Sənədin operativ hissəsində isə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin Helsinki yekun aktından çıxış edərək, məhz Azərbaycan respublikasının suverenliyi, ərazi büövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında, BMT-nin və ATƏT-in müvafiq sənədlərinə uyğun olaraq həlli yer alıb:

Hikmət Hacıyevin sözlərinə görə, Avropa İttifaqı çərçivəsində 9 dövlətlə Azərbaycan strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Amma böyük yeddilik kontekstində bu bir ilkdir. Məhz İtaliya ilə imzalanmış strateji tərəfdaşlığın gücləndirilməsi haqqında sənəd, barəsində danışıqlar və müzakirələr aparılan və 90 faizi yekunlaşan Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri haqqında saziş üçün nümunə və əsas rolunu oynayır.

Avropa İttifaqının üzvü olan İtaliya Azərbaycanın bu təsisatla danışıqlar prosesini dəstəkləyir. Bu da Azərbaycanla İtaliya arasında imzalanan sənəddə qeyd olunur.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər