İtaliya-Azərbaycan hərbi əməkdaşlığı - VİDEO

İtaliya-Azərbaycan hərbi əməkdaşlığı - VİDEO
“Su-25” hücum təyyarələri "M-346"larla əvəz ediləcək

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında hərbi sahədə olan əməkdaşlığa da öz töhfəsini verəcək. Belə ki, Azərbaycanın Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” şirkəti arasında sənəd imzalanıb. Bu da “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlıdır.

Hərbi ekspertlər hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan aviasiya vasitələrinin bir çoxunun resurslarının artıq bitmək üzrə olduğunu, aviasiya parkının yeni və müasir vasitələrlə əvəz olunmasına zərurət yarandığını bildirirlər. Çünki dünya ilə paralel, hərb sahəsi də inkişaf edir və yeni təyyarələr meydana gəlir. Azərbaycanın da bu təyyarələri əldə etmək imkanı mövcuddur. Həm də Hərbi Hava Qüvvələrinin mövcud təlim döyüş təyyarələri, pilotların 4+ və ya 5-ci nəsil qırıcıların idarəetməsini mənimsəməsi üçün tam yararlı deyil. Hərbi ekspert Əsdalət Verdiyev deyir ki, İtaliya şirkətindən yeni təyyarələrin alınması ilə bağlı baza razılaşması mövcuddur və bu ilin yayında həmin təyyarələrin və inteqrasiya edilən sistemin alınması gözlənilir:

Son illərdə Azərbaycan Hərbi Hava Qüvvələri üçün əldə ediləcək təyyarələr barədə müzakirələr aparılarkən, əsas üstünlük İtaliya və Pakistanda istehsal edilən aviasiya vasitələrinə verilirdi. 2017-ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 “Super Muşşak” təlim təyyarəsi alındı. Hazırda bu təyyarələrin təchizatı başa çatıb və onlardan əsasən helikopter heyətlərinin hazırlığı üçün aktiv istifadə edilir. Hərbi ekspert Aviasiya parkının yenilənməsinin bununla bitməyəcəyini, Hərbi Hava Qüvvələri üçün M-346 təlim döyüş təyyarələri və JF-17 “Thunder” qırıcı təyyarələri alınacağını deyir:

Qeyd edək ki, M-346 təyyarələri F-35, F-22, F-15, F-16, JF-17 “Thunder” kimi fərqli təyinata malik qırıcılarının pilotlarının hazırlanmasında istifadə edilə bilər.
Hazırda ABŞ və İsrail 5-ci nəsil qırıcıları üçün pilotlarını məhz bu M-346 təyyarələrinin İnteqrasiya edilən Təlim Sisteminin köməyi ilə hazırlayır.

Digər xəbərlər
Bu gün
Dünən