MSK-nın növbəti iclası keçirilib - VİDEO

MSK-nın növbəti iclası keçirilib - VİDEO
İclas zamanı bir neçə məntəqənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.Komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxıb. Uzun sürən müzakirələrin nəticələri kimi 11 saylı Qaradağ, 48 saylı Yevlax, 82 saylı Ağcabədi və 83 saylı Ağcabədi Füzuli seçki dairəsindən hərəsindən 1-i olmaqla ümumilikdə 4 seçki məntəqəsinin nəticələri ləğv edilib. Bunlar müvafiq olaraq 25,6,3,və 9 saylı seçki məntəqələridir.

Bundan başqa 57 saylı Kürdəmir Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kamal Səlimovun qanunvericiliyin tələbinə zidd olaraq müraciətinə Dairə Seçki Komissiyasında baxılmadığı qeyd olunub.Buna görə də MSK tərəfindən müraciətin müvafiq qaydada DSK-ya göndərilməsinə qərar verilib.

MSK sədri Məzahir Pənahov DSK üçün belə bir halı yolverilməz sayıb və həmin DSK-nın gələcəkdə buraxıla biləcəyini söyləyib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər