Taekvandoçularımız İsveçdə uğurlu nəticə əldə ediblər - FOTOLAR, VİDEO

Taekvandoçularımız İsveçdə uğurlu nəticə əldə ediblər - FOTOLAR, VİDEO

İsveç Krallığının Helsinqborq şəhərində təşkil olunan “Prezident Kuboku”nun ardından "Helsinqborq Open" bexnəlxaq turniri keçirilib.

Real Azərbaycan Taekvando Federasiyasına istinadən məlumat verir ki, komandanın üzvləri 6 qızıl, 2 gümüş və 1 bürünc, ümumilikdə 9 medala sahib olub.

Belə ki, Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavab Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (87 kq yuxarı) və Patimat Abakarova (53 kq) yarışı qalib başa vurub.

Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) həlledici döyüşdə məğlub olaraq gümüş medal qazanıb.

Ramin Əzizov (87 kq) isə bürünc medala layiq görülüb.

Millimiz yarışlara Azərbaycan Taekvonodo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, eləcə də baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə qatılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər