Hubeydə koronavirusdan ölənlərin sayı 2346-a çatıb

Hubeydə koronavirusdan ölənlərin sayı 2346-a çatıb

Çinin Hubey əyalətində ötən gün daha 96 nəfər yeni növ pnevmaniyadan dünyasını dəyişib.

Ümumilikdə, bu əyalətdə koronavirusdan həyatını itirənlərin sayı 2346-a çatıb.

Real "Reuters" agentliyinə istinadən xəbər verir ki, ötən gün bu əyalətdə 630 nəfərdə koronavirusun simptomları aşkarlanıb. 

Bu barədə Hubeyin səhiyyə komissiyası məlumat verib.

Son olaraq, virusun yayılma mərkəzi hesab edilən bu əyalətdə artıq 64 084 nəfər koronavirusa yoluxub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər