Çində koronavirusdan ölənlərin sayı artıb

Çində koronavirusdan ölənlərin sayı artıb

Çində ötən gün 648 nəfər koronavirusa yoluxub, 97 nəfər isə yeni növ pnevmaniyadan həyatını itirib.

Real "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Səhiyyə Komissiyası məlumat veriib.

Ümumilikdə isə bu ölkədə 76 936 nəfərdə bu virusun simptomları aşkar edilib.

Beləliklə, Çində koronavirusdan ölənlərin sayı 2442-yə çatıb.

Ölüm faktlarının əksəriyyəti Hubey əyalətinin paytaxtı Uxan şəhərində qeydə alınıb.

Bu şəhərdə şənbə günü 82 nəfər bu epidemiyanın qurbanı olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər