Etnoidman Forumu Bakıda keçiriləcək - VİDEO

Etnoidman Forumu Bakıda keçiriləcək - VİDEO
Qərar 3-cü Beynəlxalq Etnoidman Forumu çərçivəsində verilib

Gələn il Beynəlxalq Etnoidman Forumu Bakıda keçiriləcək.

GİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, bununla bağlı xəbər Beyəlxalq Etno İdman Federasiyasının prezidenti Bilal Ərdoğan tərəfindən Türkiyənin Antalya şəhərində öz işinə başlamış III Beynəlxalq Etnoidman Forumu çərçivəsində verilib.

Forum zamanı Beyəlxalq Etno İdman Federasiyasının prezidenti Bilal Ərdoğan, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, həmçinin, Türkiyə, Kot-d'İvuar, Mali, Pakistan, Fələstin, Samoli, Özbəkistan və Saxa Respublikasının idman nazirləri etno idmanının dünyada daha geniş yayılması və tanıdılmasına dair birgə Bəyanat imzalayıblar.

Forum çərçivəsində “milli idman və oyunların hökumətlər tərəfindən dəstəklənməsinin əhəmiyyəti”, “milli idman və oyunlar vasitəsi ilə gənc nəslin gücləndirilməsini təmin etmək və gənclərin vaxtlarının səmərəli keçirməsinə şərait yaratmaq”, və bu kimi bir sıra mövzular müzakirə mərkəzindədir.

Digər xəbərlər
Bu gün
Dünən