İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə ölənlərin sayı 9 nəfərə çatdı, YENİLƏNİB, 2

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə ölənlərin sayı 9 nəfərə çatdı, YENİLƏNİB, 2

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda ölənlərin sayı 9 nəfərə çatıb.

37 nəfər isə yaralanıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

***

13:10

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda ölənlərin sayı 8 nəfərə çatıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələdə 8 nəfərin öldüyünü açıqladı.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca isə zəlzələ nəticəsində 21 nəfərin yaralandığını və yaralıların 8-nin vəziyyətinin ağır olduğunu bildirib.

 

***

12:23

Bu gün Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

REAL xəbər verir ki, zəlzələ nəticəsində Türkiyənin Van rayonunun Başqala qəsəbəsində 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər ölüb.

Bu barədə məlumatı zəlzələdən sonra Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqladı.

Süleyman Soylu həmçinin zəlzələnin törətdiyi dağıntılar altında insanların qaldığını da vurğuladı.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər