Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb - AÇIQLAMA, YENİLƏNİB

Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb - AÇIQLAMA, YENİLƏNİB

Türkiyənin Ticarət Naziri Ruhsar Pekcan İranda koronavirusun sürətlə yayılması səbəbindən adı çəkilən ölkəylə sərhəd qapılarını bağladığını açıqlayıb.

REAL-ın Türkiyə bürosu xəbər verir ki, Pekcan, İrandan gələn bütün avtomobillərin, əşyaların və insanların Türkiyə ərazisinə daxil olmasının müvəqqəti dayandırıldığını açıqlayıb.

Ticarət naziri, Türkiyədən İrana ixracat və tranzit işlərinin nəzarət altında həyata keçiriləcəyini bildirib.

 

***

18:15

Türkiyə koronavirus təhlükəsi ilə əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca İranla sərhəd-keçid məntəqəsinin müvəqqəti olaraq saat 17.00-dan bağlandığını deyib.

Səhiyyə naziri həmçinin bildirib ki, İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və Türkiyə İrandan təyyarə qəbul etməyəcək.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər