"Çelsi" "Ayaks"ın futbolçusunu 40 milyon avroya transfer etdi - RƏSMİ

İngiltərənin "Çelsi" klubu Hollandiya "Ayaks"ının futbolçusu Hakim Ziyeşin transferini açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yaşlı yarımmüdafiəçinin müqaviləsi 5 il müddətinə nəzərdə tutulub. Mərakeşli oyunçu mövsümün sonuna kimi "Ayaks"da çıxış edəcək. O, iyulun 1-dən London təmsilçisinə qoşulacaq. Ziyeşin transfer məbləği 40 milyon avrodur. Lakin bonuslarla birgə bu məbləğ daha 4 milyon arta bilər.

Qeyd edək ki, Hakim Ziyeş "Ayaks"da 2016-cı ildən çıxış edir. O, cari mövsüm ərzində bütün yarışlarda 32 oyuna 8 qol vurub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər