Azərbaycan-İran sərhədi hələ də açılmayıb - Ancaq bu şəxslər keçə bilər

Azərbaycan-İran sərhədi hələ də açılmayıb - Ancaq bu şəxslər keçə bilər

“Azərbaycanın İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb”.

Bu barədə “Qafqazinfo” ya Dövlət Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov məlumat verib.

O qeyd edib ki, yalnız İranda olan Azərbaycan vətəndaşlarının  və Azərbaycanda olan İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına icazə verilir: “Qalan sərnişinlərin gediş- gəlişinə məhdudiyyət davam edir. Bu prosesin  nə vaxta qədər davam edəcəyini dəqiq bilmirik. Çünki gömrük-keçid sərhəd məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib".

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər