Prezidentin köməkçisi: Koronavirus təhlükəsi ilə bağlı Azərbaycan ÜST-nın tövsiyələrini öyrənir

Prezidentin köməkçisi: Koronavirus təhlükəsi ilə bağlı Azərbaycan ÜST-nın tövsiyələrini öyrənir

“Koronavirus məsələsi beynəlxalq gündəlikdə olan məsələdir. Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir, lazımi tədbirlər görülür”.

APA-nın məlumatına görə, bunu koronavirus təhlükəsi ilə bağlı Azərbaycanın İranla sərhədləri bağlaması ehtimalına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Nazirlər Kabinetində koronavirusla bağlı ilkin mərhələdə müzakirələr aparılıb, Tədbirlər Planı hazırlanıb: “Ölkəmiz tərəfindən də bu istiqamətdə lazımi tədbirlər görülməkdədir. Azərbaycan vətəndaşlarının səfərlərinin məhdüdlaşdırılması ilə bağlı da Xarici İşlər Nazirliyi tərəfindən müraciətlər olub”.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər