“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılıb

“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılıb

“Azərkosmos” ASC-nin nizamnamə kapitalı 105 695 280 manat və yaxud 2,66 dəfə artırılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 63 610 600 manatdan 169 305 880 manata çatdırılıb.

Xatırladaq ki, “Azərkosmos” ölkə prezidentinin 3 may 2010-cu il tarixli sərəncamı ilə, 2011-ci ildə yaradılıb, Cənubi Qafqazda ilk peyk operatorudur. Şirkətin məqsədi telekommunikasiya peyklərinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismarı işlərinin həyata keçirilməsidir. Hazırda səhmdar cəmiyyəti 2 telekommunikasiya peykinə (“Azerspace-1”, “Azerspace-2”) və 1 yer səthinin məsafədən müşahidə peykinə (“ “Azersky”) malikdir. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər