Koronavirusla bağlı səsyazısını yayan həkim imiş

Koronavirusla bağlı səsyazısını yayan həkim imiş

Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxmuş insanların Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayan şəxsin həkim olduğu məlum olub.

Bu barədə “Haqqin.az” saytı məlumat yayıb.

Görülən tədbirlər nəticəsində Bakıda koronavirusun olması barədə yalan məlumat yayan şəxs müəyyən edilib. Onun həkim olduğu ortaya çıxıb. 

Adı açıqlanmayan şəxs söhbətə dəvət olunub. Niyə bu cür məlumat yaydığı sorulşulduqda isə zarafat etmək istədiyini bildirib.

Ona yanlış məlumat yaydığına görə məsuliyyət daşıdığı xəbərdarlıq edilib və sərbəst buraxılıb.

Hüquq-mühafizə orqanları Azərbaycanda koronavirus haqqında saxta xəbərlər yaymaqda təqsirli bilinənlərin hamısının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirlərini davam etdirir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər