Xocalı soyqırımı İstanbulda anılır - FOTO, YENİLƏNİB (VİDEO)

Xocalı soyqırımı İstanbulda anılır - FOTO, YENİLƏNİB (VİDEO)
Metronun “Yenikapı” stansiyasında qətliamı əks etdirən fotolar nümayiş olunur

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 24-dən 26-dək İstanbul Şəhər Metrosunun “Yenikapı” stansiyasında fotosərgi təşkil edilib.

REAL-ın Türkiyə bürosu xəbər verir ki, sərgi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşdırılıb. 

Burada Xocalı qətliamının dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur.

Azərbaycanın İstanbuldaki Baş konsulu Məsim Hacıyev tədbirin keçirilməsində əsas məqsədin bu soyqırımı dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildirib.

M.Hacıyev Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 25-i və 26-ı İstanbulun metro, metrobus, gəmi səfərləri də daxil olmaqla bütün sərnişin nəqliyyat vasitələrində o günün dəhşətlərini özündə əks etdirən 15 saniyəlik videoçarx nümayiş etdiriləcəyini, afişalar yerləşdiriləcəyini də bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər