Nizami polisindən operativ əməliyyat (VİDEO)

Nizami polisindən operativ əməliyyat (VİDEO)
Narkotik vasitə satan şəxs saxlanılıb

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Belə ki, polisə Pərviz adlı şəxsin Nizami rayonu ərazisində külli miqdarda narkotik vasitə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs Bakı şəhər sakini Pərviz Qurbanov ümumi çəkisi 73,042 qram olan tiryəki satarkən polislər tərəfindən tutulub.

Qeyd edək ki, o, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi avtomobillə ərazidən qaçmağa cəhd göstərsə də, polislərin çevikliyi sayəsində zərərsizləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. P.Qurbanov barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər