Xocalı əcnəbi tələbələrin gözü ilə - VİDEO

Xocalı əcnəbi tələbələrin gözü ilə - VİDEO
Əcnəbi tələbələrin iştirakı ilə Xocalıya həsr olunan tədbir keçirilib

Təhsil Nazirliyində Azərbaycanda oxuyan əcnəbi tələbələrin iştirakı ilə Xocalı faciəsinə həsr olunan tədbir keçirilib.

Tədbirin təşkilində məqsəd əcnəbi tələbələrin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasıdır.

Xocalı faciəsi haqqında eşitdiklərim məni kövrəltdi. Mənim üçün Çox ağrılı hadisədir. Uşaqlığımı xatırladım. İraqda baş verənlər gözlərim önündə canlandı. Başımıza gələnlər oxşar hadisələrdi. Mən bir daha o günlərin qayıtmağını əsla istəmirəm.

Tədbir çərçivəsində əslən Xocalıdan olan, Corc Vaşinqton Universitetinin magistri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Nərmin İbrahimova və ABŞ-ın Sirakuz Universitetinin fəlsəfə doktoru, ADA Universitetinin müəllimi Gülməmməd Məmmədovun yaddaş hekayəsi dinlənilib. Qeyd edək ki, Tədbirdə 100-ə yaxın əcnəbi tələbə iştirak edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər