Xocalı soyqırımı qurbanları anılıb - VİDEO

Xocalı soyqırımı qurbanları anılıb - VİDEO
Paytaxtın 194 saylı məktəbində soyqırıma həsr edilmiş tədbir keçirilib

Bu gün Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin pedaqoji kollektivi, təhsil işçiləri o cümlədən hüquq mühafizə orqanlarının işçiləri və şagirdlər iştirak ediblər. Əvvəlcə qonaqlara məktəb şagirdləri tərəfindən Xocalı soyqırımı qurbanlarına həsr olunmuş şəkillərdən ibarət kompozisiya təqdim olunub. Daha sonra tədbir məktəbin akt zalında davam etdirilib. Əvvəlcə Xocalı soyqırımı zamanı həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılışında məktəbin direktoru Elnarə Zeynalova Xocalı soyqırımı haqqında məlumat verdikdən sonra, valideynlərdən birinin soyqırıma həsr etdiyi səhnəcik şagirdlərin ifasında tamaşaçılara təqdim edildi.

Tədbirin sonunda çıxış edən qonaqlar ümumtəhsil müəssisələrində belə tədbirlərin keçirilməsilə ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmağın vacib olduğunu qeyd edtilər.

Qeyd edək ki, 1992-ci ilin fevral ayının 25-dən 26 –na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edildi. Mühasirəyə alınan şəhər yandırıldı. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər