MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kazım Məmmədovun müraciətinə baxılıb.

Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK 91 saylı Ucar Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bundan öncə bu dairənin 18 və 38 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər