Şahmatçımız Rauf Məmmədov “Aeroflot open” beynəlxalq festivalında şəriksiz liderdir

Şahmatçımız Rauf Məmmədov “Aeroflot open” beynəlxalq festivalında şəriksiz liderdir

Fevralın 24-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının altıncı turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, altı turda 5 xal toplayan şahmatçımız Rauf Məmmədov (A turniri) turnir cədvəlinin şəksiz lideridir. Digər təmsilçimiz Məhəmməd Muradlı (B turniri) isə 5 xalla 2-ci yeri tutur.

Ümumi nəticəyə görə, A turnirində digər şahmatçılarımız - Aydın Süleymanlı 4, Vüqar Əsədli 3,5 Vasif Durarbəyli 3, Abdulla Qədimbəyli 2,5 xal qazanıblar. B turnirində isə Read Səmədov 2,5, Elvin Bayramov 2 xal toplayıblar.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər