MSK şikayətlərə baxdı - VİDEO

MSK şikayətlərə baxdı - VİDEO
Bəzi məntəqələrdə səsvermənin nəticələri etibarsız sayıldı

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən iki seçki məntəqəsi üzrə təqdim edilən protokolların müqayisəsi zamanı 48 və 50 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyası təqdim edilən iki protokolu nəzərə almayıbsa, həmin DSK cəzalandırılmalıdır.

Həmin seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.

15 saylı Yasamal Birinci Seçki Dairəsindən üzrə 4 seçki məntəqələrində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edildi .

42 saylı Sumqayıt ikinci seçki dairəsindənn Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayıldı.

68 saylı Cəlilabad Kənd Seçki Dairəsindən daxil olan müraciətə baxıldı.

MSK sədri Məzahir Pənahov 68 saylı Cəlilabad Kənd Seçki Dairəsinin 9 və 25 saylı məntəqə seçki komissiyaları barədə ciddi ölçü götürüləcəyini söyləyib.

MSK müvafiq dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb və müraciətin təmin edilməməsi barədə qərar qəbul edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər